Anasını öldürən gəncə hökm oxundu7-12-2015, 13:53
Çap et Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, çıxışında S. Zöhrabovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxs son sözündə peşman olduğunu qeyd edib. Məhkəmə müşavirəyə gedib. Hakimlər kollegiyasının hökmünə əsasən Siyavuş Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu il iyulun 7-də Nizami rayonu hadisə Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb. 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S. Zöhrabov tutulub. O ilkin ifadəsində anasının telefonda başqa bir şəxs mesajlaşmasını görüb. Qətli də bu səbəbdən törətdiyini deyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.