Demo Sayt » sosial » Xəzərin sahil zolağının elektron qrafik təsviri hazırlanacaq


Xəzərin sahil zolağının elektron qrafik təsviri hazırlanacaq

2-11-2016, 10:40
Çap et
Xəzərin sahil zolağının elektron qrafik təsviri hazırlanacaq Xəzərin Azərbaycan sahilboyu zolağının elektron qrafik təsviri hazırlanacaq.
Bu, Nazirlər Kabinetinin “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 24 avqust tarixli 315 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 24 avqust qərarına əsasən kağız üzərində 2016-cı il 1 aprel vəziyyətinə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri təsdiq edilib. Dəyişikliyə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsviri də hazırlanacaq.
Reytinq: