Tümen Sənaye Universitetinin rektoru BANM-də olub3-11-2016, 11:06
Çap et Rusiya Federasiyasının Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov, universitetin marketinq idarəsinin rəisi Valeriy Qut, Azərbaycan mənşəli rusiyalı biznesmen və Tümen Vilayət dumasının deputatı Eduard Ömərov Bakı Ali Neft Məktəbində (BANM) olublar.BANM ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, rektor Elmar Qasımov Ali Məktəbin yaradılması tarixindən, onun qısa müddətdə əldə etdiyi nailiyyətlərdən, tədris prosesinin təşkili və neft-qaz sənayesi üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması üçün burada yaradılmış şəraitdən söhbət açıb. Elmar Qasımov BANM-in daima genişlənən beynəlxalq əməkdaşlığı, böyük şirkətlərlə və dünyanın aparıcı ixtisaslaşmış universitetlərilə əlaqələrindən danışıb, Tümen Sənaye Universitetinin tələbələrini tanışlıq məqsədi ilə BANM-ə səfər etmək təklifini irəli sürüb. Oleq Novoselov BANM-lə qarşılıqlı fayda gətirə biləcək əməkdaşlığın başlanmasında maraqlı olduqlarını bildirib. Görüş çərçivəsində iki ali məktəb arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında birgə fəaliyyəti, birgə forum və konfransların təşkilini və elmi-tədqiqat layihələrinin həyata keçirilməsini, o cümlədən konkret fəaliyyət sahələri üzrə tədris və elmi materialların mübadiləsini əhatə edir. Xatırladaq ki, Tümen Sənaye Universiteti Rusiyanın ən böyük elmi-tədris komplekslərindən biri hesab olunur və burada orta-ixtisas və ali təhsildən (bakalavriat və magistratura) başlayaraq, aspirantura, doktorantura, eləcə də ixtisasartırma və yenidənhazırlanma daxil olmaqla təhsilin bütün pillələrində tədris həyata keçirilir. Görüşdə SOCAR-ın Ekologiya idarəsinin rəis müavini professor Əflatun Həsənov da iştirak edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Rusiya Federasiyasının Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov, universitetin marketinq idarəsinin rəisi Valeriy Qut, Azərbaycan mənşəli rusiyalı biznesmen və Tümen Vilayət dumasının deputatı Eduard Ömərov Bakı Ali Neft Məktəbində (BANM) olublar.