Yunanıstanda bütün futbol yarışları dayandırılıb10-11-2016, 10:57
Çap et Yunanıstanda bütün futbol yarışları dayandırılıb. Bu barədə qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib.Buna səbəb yerli Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması olub. YFF hadisədən sonra ölkədə bütün futbol yarışlarının müddətsiz dayandırıldığını açıqlayıb. Yunanıstanın “Panatinaikos”, “Olimpiakos” və PAOK kimi böyük klubları federasiyanın bu qərarına dəstək veriblər. Yunanıstanda bu, ilk belə hal deyil. Ötən mövsüm də analoji vəziyyət yaşanmış və PAOK-la “Olimpiakos” arasındakı matçda baş vermiş iğtişaşdan sonra ölkə kuboku uğrunda oyunlar dayandırılmışdı. Qeyd edək ki, PAOK Avropa Liqasında “Qarabağ”la birgə J qrupunda mübarizə aparır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Yunanıstanda bütün futbol yarışları dayandırılıb. Bu barədə qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib.