Azərbaycan əhalisinin xərclərinin yarısı ərzağa yönəlir14-11-2016, 12:13
Çap et Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 23,9 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox məhsul satılıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i və ya 11,9 mlrd. manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8%-i və ya 4,25 mlrd. manatı toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i və ya 1,58 mlrd. manatı elektrik malları və mebelin, 5,7%-i və ya 1,36 mlrd. manatı avtomobil yanacağının, 1,4%-i və ya 335 mln. manatı əczaçılıq və tibbi malların, 0,8%-i və ya 191 mln. manatı kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i və ya 4, 28 mlrd. manatı isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 23,9 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox məhsul satılıb.