“Böyük Şor" yol qovşağının yaxınlığında yeni yağış-kanalizasiya xətti çəkilir16-11-2016, 15:33
Çap et “Azəravtoyol” ASC-dən verilən məlumata görə, yeni salınan yağış-kanalizasiya xəttinin uzunluğu 152 metr, burda istifadə olunana boruların diametri isə 400 mm-dir. Xəttin tikintisi üçün torpaq 3-4 metr dərinlikdə qazılaraq, borular qoyulur, hər 25-30 metrdən bir isə nəzarət quyuları qurulur. Nəzarət quyularının diametri 1,27 m-dir, dərinliyi isə 3,5 m-dir. Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qoşulduğu xəttin bir hissəsi sıradan çıxıb. Nəticədə intensiv yağışlar zamanı səth suları yağış-kanalizasiya xəttindən geri, yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm nəqliyyat vasitələrinin hərəkətinə mane olub, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
