Türkiyədə 6000-ə yaxın işçi qovuldu, bir sıra qurumlar bağlandı22-11-2016, 15:13
Çap et Türkiyədə 15 iyul hadisələri ilə bağlı elan olunan fövqəladə vəziyyət çərçivəsində qəbul edilən 677 saylı Qərara əsasən, Türkiyə Silahlı Qüvvələri, polis və digər qurumların bir sıra işçiləri vəzifələrindən azad olunub."Resmi Gazete"nin verdiyi məlumata görə, həmçinin bir çox dərnək, idarə və mətbuat qurumları bağlanıb. Qərara uyğun olaraq: - Daxili İşlər Nazirliyi və tabe qurumlarda 2696; - Ali Təhsil Qurumunda (YÖK) 1184; - Səhiyyə Nazirliyində 752; - Maliyyə Nazirliyində 526; - Ailə və Sosial Siyasət Nazirliyində 131; - Milli Təhsil Nazirliyində 119; - Dini İşlər Nazirliyində 94; - Enerji və Təbii Sərvətlər Nazirliyində 73; - Meşə və Su Təsərrüfatı Nazirliyində 52; - TRT-də 45; - Milli Müdafiə Nazirliyində 23; - Hakimlər və Prokurorlar Ali Qurumunda (HSYK) 15; - Fövqəladə Hallar İdarə edilməsi Nazirliyində (AFAD) 14; - Gənclər və İdman Nazirliyində 13; - Mədəniyyət və Turizm Nazirliyində 11; - Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyində (TİKA) 1 nəfər olmaqla, cəmi 5749 işçi vəzifələrindən azad edilib. Bundan başqa, 375 dərnək və 9 mətbuat-yayım qurumu bağlanıb. Bundan əvvəl vəzifəsindən azad edilən 157 nəfər isə işinə bərpa edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Türkiyədə 15 iyul hadisələri ilə bağlı elan olunan fövqəladə vəziyyət çərçivəsində qəbul edilən 677 saylı Qərara əsasən, Türkiyə Silahlı Qüvvələri, polis və digər qurumların bir sıra işçiləri vəzifələrindən azad olunub.