Azərbaycan Avropa Oyunlarında ilk medalını qazandı16-06-2015, 13:38
Çap et Karateçi İlahə Qasımova ispaniyalı Garcia Ferrer Christinanı 5-2 hesabı ilə məğlub edib 55 kq çəki dərəcəsində karate yığmamızın üzvü İlahə Qasımova bürünc medal qazanıb. Qadın karateçi birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb. Karateçimiz yarımfinalda fransalı Emilya Tuoyla qüvvəsini sınıyıb. Görüş 6-1 hesabı ilə Fransa idmançısının xeyrinə olub. Qasımova bürüc medal uğrunda döyüşdə ispaniyalı Garcia Ferrer Christinanı 5-2 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Karateçi İlahə Qasımova ispaniyalı Garcia Ferrer Christinanı 5-2 hesabı ilə məğlub edib