Məhkəmə Azərbaycanda "Qala" qrupunun fəaliyyətinə qadağa qoyub23-04-2015, 13:29
Çap et ![]() Beynəlxalq Mətbuat Mərkəzində “Qala” qrupunun üzvləri mətbuat konfransı keçirib. Jurnalistlərlə görüşən qrupun rəhbəri Aqşin tədbirin əsl səbəbini açıqlayıb: “Bildiyiniz kimi Azərbaycanda bir “Qala” qrupu var idi. Daha sonra bizim qrupdan ayrılan bir şəxs özünə yeni bir “Qala” qrupu yaratdı. Bu isə qalmaqala səbəb oldu. Daha sonra əsl “Qala”nın hansı olması üçün məhkəməyə müraciət etdik. Məhkəmə isə belə qərar verdi ki, Azərbaycanda sırf “Qala” adında qrup olmayacaq. Məhz buna görə də digər qrup özünə “Qala vokal”, bizim qrup isə “Qala virtioz” olduq. Yəni bizim yeni qrupumuzu kimlərləsə səhv salmasınlar. Artıq qarşıda yeni mahnılar, layihələr var. Toy bazarında da biz öz sözümüzü deməyi bacaracağıq. Qaldı ki digər “Qala” qrupunun üzvləri ilə münasibətimizə, onlarla əvvəlki kimi münasibətmiz yoxdur. Salam, sağ ol”. Xatırladaq ki, “Qala virtioz” qrupunun tərkibi Muxtarov Vaqif, Orxan Əliyev, Mirzə Bağıyevdən ibarətdir. Qeyd edək ki, tədbirə tanınmış aktyor Qorxmaz Əlili, Nicat Rəhimov, müğənnilər Emil Bədəlov, İlqar Sail, Ceyhun Zeynalov (Cin) və başqaları qatılmışdı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

