Neftçalada 3 il əvvəl itkin düşən şəxsin həyat yoldaşı və oğlu tərəfindən yandırıldığı məlum olub7-12-2016, 14:23
Çap et 2013-cü ilin iyul ayında itkin düşən 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun qətlə yetirildiyi məlum olub. Neftçala rayonu Yuxarı Qaraymanlı kənd sakini Dəmir Heybətovun şikayəti əsasında aparılan istintaq zamanı məlum olub ki, adı çəkilən şəxs həyat yoldaşı və övladı tərəfindən qətlə yetirilib. Həmin ayda qətlə yetirilən A.Heybətovun meyiti yandırılıb və daha sonra qalıqları Kür çayına atılıb. Mərhumun qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı, 1962-ci il təvəllüdlü Heybətova Tükəzban Habil qızı və oğlu, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu polis tərəfindən saxlanılıb. Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
