Manat türk lirəsinə qarşı 2% ucuzlaşıb8-12-2016, 10:04
Çap et Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 7-si ilə müqayisədə dəyişməyərək 1,7369 manat təşkil edib. Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,49% möhkəmlənərək 1,8716 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,11% bahalaşaraq 0,0274 manata çatıb. Türkiyə lirəsinin məzənnəsi 2% möhkəmlənərək 0,5134 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1974 manatdır. Beləliklə, funt sterlinqin 0,1%-lik azalması baş verib. Gürcüstan larisinin məzənnəsi isə 0,19% ucuzlaşaraq 0,6772 manat olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.