Heqiqet.Az » hadise » Tanınmış hakim Ənvər Seyidov reanimasiyaya düşüb


Tanınmış hakim Ənvər Seyidov reanimasiyaya düşüb

13-12-2016, 17:26
Çap et
Tanınmış hakim Ənvər Seyidov reanimasiyaya düşüb Tanınmış hakim Ənvər Seyidovun həyatına təhlükə qalmayıb və səhhətində irəliləyişlər var. Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib. Məlumata görə, Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Seyidov Ənvər Cümşüd oğlu xəstəxanaya hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə daxil edilib. Dərhal təcili və təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib, eləcə də digər təcrübəli həkimlər xəstənin müalicəsinə cəlb edilib.
Hazırda Ə.Seyidovun həyatı üçün təhlükə yoxdur və müalicəsi bir neçə gün reanimasiya şöbəsində davam etdiriləcək.
Reytinq: