» » Bu il dünyada 74 jurnalist həlak olub


Bu il dünyada 74 jurnalist həlak olub

19-12-2016, 15:38
Çap et
Bu il dünyada 74 jurnalist həlak olub "Onların bir çoxu hədəf seçilir və yalnız jurnalist olduqlarına görə öldürülür"
Başa çatmaqda olan 2016-cı ildə dünya üzrə azı 74 jurnalist həlak olub.
Bu barədə “Sərhədsiz reportyorlar” təşkilatı məlumat yayıb. Təşkilatın məruzəsinə görə, ötən il olduğu kimi, bu il də ən çox jurnalist Suriyada həlak olub – 19 nəfər. Əfqanıstanda 10, Meksikada 9, İraqda 7, Yəməndə isə 5 jurnalist həyatını itirib. Həlak olanlar arasında doqquz bloqer, habelə KİV-lə əməkdaşlıq edən səkkiz şəxs var.
Təşkilatın baş katibi Kristof Delyar bildirib ki, jurnalistlərə qarşı zorakılıq getdikcə daha çox məqsədyönlü xarakter alır. Onların bir çoxu hədəf seçilir və yalnız jurnalist olduqlarına görə öldürülür.
Xatırladaq ki, 2015-ci ildə dünyada 101 jurnalist həlak olmuşdu.
Reytinq: