Şirvan Diaqnostika Mərkəzində kompüter tomoqrafiya cihazının sıradan çıxması problemlərə səbəb olub21-12-2016, 19:05
Çap et Şirvan Diaqnostika Mərkəzində kompüter tomoqrafiya cihazının sıradan çıxması ətraf rayonlarda yaşayan xəstə insanlara dəqiq diaqnozun qoyulmasında problemlər yaradıb.Bir neçə aydır Şirvan Regional Diaqnostika Mərkəzində xəstəliklərin tam diaqnozunda əvəzsiz rolu olan kompüter tomoqrafiya cihazının fəaliyyətinin dayanması həm xəstələrə, həm də həkimlərə problemlər yaradıb. Kompüter tomoqrafiya cihazını daha dəqiq diaqnostik üsul sayan həkimlərin bildirdiyinə görə, beyin və kəllə sümüklərinin, kəllə-beyin, döş qəfəsinin, qarın boşluğunun travmaları və onurğa sütunu xəstəlikləri zamanı paytaxta aparılması mümkün olmayan xəstələrə operativ və yerli şəraitdə diaqnozun qoyulması çox vacibdir. Bu həm də vaxtında xəstənin düzgün müalicə olunmasına və ağır vəziyyətdən çıxmasına kömək edir. Adıçəkilən cihazın sıradan çıxması ümumilikdə 800 minədək əhalisi olan region sakinlərini bu xidmətdən məhrum edib. Sakinlər məcburiyyət qarşısında qalıb paytaxt xəstəxanalarına üz tuturlar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq xeyli müddətdir kompüter tomoqrafiya cihazına lazım olan ehtiyat hissələri ilə bağlı istehsalçı şirkətə sifariş verilib. Ehtiyat hissələrinin dəyəri də ödənilib. Həmin hissələr gətirildikdən sonra tomoqraf cihaz təmir olunub istifadəyə veriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Şirvan Diaqnostika Mərkəzində kompüter tomoqrafiya cihazının sıradan çıxması ətraf rayonlarda yaşayan xəstə insanlara dəqiq diaqnozun qoyulmasında problemlər yaradıb.