Demo Sayt » hadise » Şəmkirdə 3 otaqlı ev yanıb - 1 ölü


Şəmkirdə 3 otaqlı ev yanıb - 1 ölü

12-01-2017, 10:15
Çap et
Şəmkirdə 3 otaqlı ev yanıb - 1 ölü Şəmkir rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Reytinq: