“ASAN kommunal” fəaliyyətə başladı16-01-2017, 13:17
Çap et Sədr müavini diqqətə çatdırıb ki, kommunal xidmətlər təkcə kommunal ödənişlərindən ibarət deyil. Bu ödənişlər kommunal xidmətlərin bir hissəsidir və onlar ödəmə terminalları və internet vasitəsilə ödənilə bilər. Ötən il Prezident nağdsız ödənişlərlə bağlı Qanunu da təsdiq edib. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, bütün dövlət ödənişləri, rüsumlar, cərimələr, o cümlədən kommunal ödənişlər nağdsız qaydada ödənilməlidir. Bu məqsədlə yeni yaradılan xidmətdə “ASAN ödəniş” terminalları da fəaliyyət göstərir. Vətəndaşlar heç kimə yaxınlaşmadan bu terminallar vasitəsilə ödənişlərini edəcəklər. “ASAN kommunal” ilk pilot layihə olaraq 1 saylı “ASAN xidmət” Mərkəzinin tərkibində fəaliyyətə başlayıb. Bundan sonra Bakı Dəmiryol Vağzalında və Xətai rayonunun Ukrayna dairəsi ərazisində “ASAN kommunal” mərkəzləri fəaliyyətə başlayacaq. Növbəti illərdə bu xidmət regionlarda da fəaliyyət göstərəcək. Bu il ərzində bütün Bakı sakinləri “ASAN kommunal” xidmətdən yararlana biləcəklər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
