Demo Sayt » hadise » FACİƏVİ HADİSƏ: qardaşı arvadının meyitini tapdı


FACİƏVİ HADİSƏ: qardaşı arvadının meyitini tapdı

17-01-2017, 10:43
Çap et
FACİƏVİ HADİSƏ: qardaşı arvadının meyitini tapdı Ağdamda 56 yaşlı qadının özünü asaraq intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Ücoğlan kəndində fərdi yaşayış evinin həyətində 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızının asılı halda qalmış meyitini ilk olaraq qaynı aşkarlayıb. O, R.Nəcəfovanın asılı vəziyyətdə qalmış meyitini aşağı endirdikdən sonra onun övladlarına xəbər verib.
Bildirilir ki, 56 yaşlı R.Nəcəfova həmin evdə kiçik oğlu ilə birgə yaşayırmış. Onun psixoloji problemləri olub və ruhi xəstəxanada qeydiyyata düşüb. Son vaxtlar başındakı güclü ağrılardan şikayətlənən R.Nəcəfova bəzi hallarda ağrının təsirindən müvazinətini itirirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Reytinq: