Heqiqet.Az » hadise » Göyçayda yol qəzası - 2 nəfər xilas edilib


Göyçayda yol qəzası - 2 nəfər xilas edilib

24-01-2017, 10:01
Çap et
Göyçayda yol qəzası - 2 nəfər xilas edilib Göyçay rayonunda yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:37-də başa çatıb.
Reytinq: