Yol polisi buz bağlamış yolda təhlükəsiz hərəkət üçün reyd keçirib30-01-2017, 17:32
Çap et Sərnişin mikroavtobusları, minik avtomobilləri saxlanılaraq onların şinlərinə, tormoz sisteminə və dumanlı havada işıq sisteminə baxış keçirilib. Sürücülərə avtomobili yavaş və ehtiyatla idarə etməyi tövsiyə ediblər və yolun hansı ərazisində təhlükəli vəziyyət olması barədə sürücülərə məlumat verilib. Texniki cəhətdən nasaz avtomobillər buz bağlamış Muğanlı-İsmayıllı yoluna buraxılmayıb, sürücülərə alternativ olaraq İsmayıllı-Qaraməryəm-Kürdəmir-Bakı yolundan istifadə etməyi məsləhət görülüb. Polis əməkdaşları yolda qalan bir neçə nasaz minik avtomobilinin sürücülərinə köməklik ediblər. Polislər sürüşərək yol kənarında qalan avtomobilləri yola çıxarıb və onların hərəkəti davam etdirməsinə şərait yaradıblar. Muğanlı-İsmayıllı yolundakı dolaylarda və enişli-yoxuşlu ərazilərdə avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə 9 saylı İsmayıllı Yol İstismar İdarəsinin işçiləri və ağır texnikaları 3 növbəli iş rejimində çalışır. Yolun hərəkət hissəsi qardan təmizlənir, qum və duz səpilir, qarın fəsadlarının aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
