Azarkeşlər "Neftçi"ni ziyana saldılar1-02-2017, 10:06
Çap et İclasda Premyer Liqanın 15-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Yanvarın 28- Premyer Liqanın XV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Yanvarın 29-da Premyer Liqanın XV turunun “Qarabağ” – “Neftçi” matçı ilə bağlı isə aşağıdakı qərarlar qəbul edilib: - Oyunun 20-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur; - Oyunun 67-ci dəqiqəsində “Neftçi” klubunun 17 №-li futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur; - Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi” klubunun azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq, “Qarabağ” FK klubunun təqdim edəcəyi məbləğ “Neftçi” klubu tərəfindən ödəniləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
