Heqiqet.Az » maraqli » 256 il yaşamış adam


256 il yaşamış adam

23-04-2015, 16:18
Çap et
256 il yaşamış adam
Ən məşhur jurnallardan olan Taym (Time) jurnalında çıxan bir məqalə dünyanı təəccübləndirib. Məqaləyə görə dünyanın ən uzun ömürlü insanı Çinin bitki mütəxəssisi Li Cinq Yuen olub. Anadan olduğu tarixin 1736-cı il olduğu bilinsə də jurnal bunu inkar edir. Belə ki, yaxşı bitki mütəxəssisi kimi tanınan Li eyni zamanda Çin ordusunda döyüş dərsləridə keçirmiş. Tarixi mənbələrə görə o, 1748-ci ildə, 71 yaşında Çin ordusuna döyüş və taktika dərsləri keçmək üçün Kayi Hsien vilayətinə köçür. Məqalənin müəllifləri bu faktın möhkəmliyini nəzərə alaraq Li Cinq Yuenin 1736-cı ildə yox, 1677-ci ildə anadan olduğu qənaətindədirlər. 1677-ci ildə anadan olan Linin dünyadan köçdüyü tarix barədə isə heç bir ziddiyyət yoxdur. Bütün tarixi mənbələr deyir ki, o 1933-cü ildə, yəni 256 yaşında evində dünyasını dəyişib.
Reytinq: