Zərdabda dünyanın ən balaca quran kitabı saxlanılır8-02-2017, 09:49
Çap et Elton Zəkizadənin sözlərinə görə, yaşı 2 əsrə bərabər olan kitab onlara nəsildən nəslə ötürülüb. Kitabın yaşını vərəqlərinin köhnəlməsi və bəzi hərflərin pozulmasından da müəyyənləşdirmək olar. İçində yazılanların həqiqətən quran ayələrinin olmasını din adamları da təstiqləyir. Onlar bildirir ki, kitabda Qurani-Kərimdə olan ən təsirli surə və ayələr var. Miniatür kitabın ölçülərinə baxmayaraq, onu adi gözlə oxumaq mümkündür. Elton Zəkizadə qədim kitabın dünyada ən kiçik olub-olmamasını da araşdırıb. İnternetdə şəkillərini paylaşıb və belə kitabları olanlarla əlaqə saxlayıb. Elton deyir ki, balaca kitab maraga səbəb olur. İnternetdə paylaşıldıqdan sonra çox adam yazışma yolu ilə fikirlərini bildiriblər. O, bu kitabı saxlayaraq gələcək nəsillərə ötürmək niyyətindədir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
