Heqiqet.Az » dunya » Gözdən əlillər üçün smartfon yaradıldı


Gözdən əlillər üçün smartfon yaradıldı

23-04-2015, 16:26
Çap et
Gözdən əlillər üçün smartfon yaradıldı
Gözdən əlil və ya zəif görən insanlar müasir smartfon və planşetlərin istifadəsində çətinlik çəkirlər. Çünki bu cür avadanlıqların sürüşkən ekranından informasiyanın oxunması demək olar ki, mümkünsüzdür.
Overclockers.ru saytının xəbərinə görə, bu problemin həli yolları ancaq Brayl əlifbasını oxuya bilən və bu əlifba ilə yazılmış mətnləri ekrana çıxarı bilən xüsusi displey vasitəsilə mümkündür. Ancaq bu konstruksiyanın çətin olması, onun istehsalının olduqca baha başa gəlməsi səbəbindən bu günə qədər bu cür avadanlıqların kütləvi istifadəsi də mümkünsüz olub.
Bu cür avadanlıqların istehsalçıları dəfələrlə böyük düymələrə malik, mətni sözə çevirən geniş funksiyalı xüsusi telefonlar və elektronikanı təklif ediblər. Ancaq bu avadanlıqlar da gündəlik istifadə üçün o qədər rahat olmayıb. Buna görə də belə avadanlıqlar kommersiya baxımından həyata keçirilməyib.
Hindistanın Nyu-Dehli şəhərindən olan dizayner Sumita Daqara bu texnoloji arzunu həqiqətə çevirib. S.Daqara gözdən əlillər üçün smartfon yaradıb və avadanlıq “Rolex” şirkəti tərəfindən xüsusi mükafata layiq görülüb. Hindistanlı dizayner minlərlə namizədin arasında ilk beş qalib arasına adını yazdıra bilib. Belə ki, gözdən əlillər üçün telefon ekranında öz hündürlüyünü dəyişə bilən çoxlu nöqtələrdən ibarət olacaq. Bununla da ekran Brayl əlifbası ilə yazılmış mətni müəyyən edə biləcək.
Məlumata görə, gözlən əlillər üçün ilk telefonun prototipi 6 aydan sonra işıq üzü görəcək. Bundan başqa, dizayner yeni yaradacağı telefonda GPS-naviqatorlu xəritələri və hətta şəkilləri görə biləcək yüksək ölçülü ekranla təchiz etməyi nəzərdə tutur.
Reytinq: