Heqiqet.Az » siyaset » Xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya gedəcək


Xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya gedəcək

15-02-2017, 09:54
Çap et
Xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya gedəcək Bu gün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunacaq.
Səfər Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunacaq.
Reytinq: