Demo Sayt » idman » Millimizin üzvü İntizam Komitəsinə cəlb olundu


Millimizin üzvü İntizam Komitəsinə cəlb olundu

22-02-2017, 18:24
Çap et
Millimizin üzvü İntizam Komitəsinə cəlb olundu Milli komandamızın hücumçusu Dəniz Yılmazın “Kayserspor”la oyunda aldığı qırmızı vərəqə ona baha başa gələcək. Milli üzvü intizamsızlığının cəzasını ağır ödəməli olacaq.
Belə ki, sözügedən matçda komandasını azlıqda qoyan və məğlubiyyətdə əsas səbəblərdən biri olan Yılmaz heyətdən qovulduqdan sonra Türkiyə Futbol Federasiyası Nizam İntizam Komitəsinə də cəlb olunub.
Qeyd edək ki, o, rəqibə xəsarət yetirməyə cəhd üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılmışdı.
Reytinq: