Heqiqet.Az » hadise » İtkin düşən hərbçilərin meyiti tapıldı


İtkin düşən hərbçilərin meyiti tapıldı

25-06-2015, 18:42
Çap et
İtkin düşən hərbçilərin meyiti tapıldı İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, itkin hərbçilər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlu olub.
Onların axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.
Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilirdi.
İlk gündən Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin onlara əsir düşmədiyini barədə məlumat yaymışdı.
“Azərbaycan hərbçilərinin azması istisna deyil. Azərbaycan tərəfdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə edilən müraciət belə deməyə əsas verir. Bu gün Qırmızı Xaçın İrəvan ofisindən bizə müraciət edilərək, Azərbaycan silahlı qüvvələrinin Tavuş vilayətinin Vazaşen kəndi istiqamətindəki mövqelərinin qarşısındakı zolaqdan mina partlayışında yaralandığı ehtimal edilən iki azərbaycanlı hərbçinin cəsədinin çıxarılmasına təminat verilməsini xahiş edib".
Biz dərhal belə təminat verdik. Ancaq qarşı tərəfin hansı addım atdığı bizə məlum deyil. Bəyan edirik ki, Ermənistan tərəfində heç bir Azərbaycan hərbçisi keçməyib”, - deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bildirmişdi.
Reytinq: