Heqiqet.Az » tehsil » Təhsil Nazirliyi 930 ali təhsil sənədini mənfi cavablandırıb


Təhsil Nazirliyi 930 ali təhsil sənədini mənfi cavablandırıb

6-03-2017, 16:43
Çap et
Təhsil Nazirliyi 930 ali təhsil sənədini mənfi cavablandırıb 2016-cı ildə Təhsil Nazirliyinə ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiyası) məqsədilə 2958 müraciət (o cümlədən məzun olduqları Türkiyə 302, Gürcüstan 123 və digər ölkələr üzrə 504) daxil olub.
Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında qeyd olunub ki, 2015-ci ildən qalmış müraciətlər də daxil olmaqla, ümumilikdə 1828 təhsil sənədi müsbət, 930 təhsil sənədi isə mənfi cavablandırılıb.
Ötən il akkreditasiya olunmuş 9 ali təhsil müəssisəsinə (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiyalar Universiteti) sertifikatlar və onlara əlavələr təqdim edilib.
2015-2016-cı tədris ilində 5 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti) akkreditasiyadan keçirilib, 8 ali təhsil müəssisəsinin (Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Bak Musiqi Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) akkreditasiyasına başlanılıb.
Reytinq: