Demo Sayt » YENİ DÜNYA FORMATINA DOĞRU


YENİ DÜNYA FORMATINA DOĞRU

Bu gün, 10:44
Çap et

  

Əliyev Məsum Kamal oğlu
Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq Mərkəzinin bölmə müdiri

Lider və “lider xəstəliyi”

Liderlik və onun xüsusiyyətləri
Liderin görünən və görünməyən tərəfləri vardır. Görünən tərəfləri:
1. Savadlılıq – ensiklopedik biliyə malik olmaq, biliyi bütün uğurların əsaslarından biri kimi qəbul etmək.
2. Əməksevərlik – əməyi sevmək, işgüzar olmaq, onu bütün uğurların əsaslarından biri kimi anlamaq.
3. Ədalətlilik – haqlı olmaq, haqqı nahaqqa qurban verməmək, həmişə düzgün mövqe tutmaq.
4. Mənəvi saflıq – əxlaqlı və gözütox olmaq.
5. Qayğıkeşlik – qayğıkeş olmaq, qayğıkeşliyə ehtiyacı olan ağır xəstəlik, əlillik, imkansızlıq, yoxsulluqla üzləşmiş insan qruplarının qayğı ilə əhatə olunmasına nail olmaq.
6.Humanistlik – dilindən, dinindən, sosial mənsubiyyətindən, qulluq mövqeyindən, cinsindən asılı olmayaraq insanları sevmək. Hər bir insanın yaranılışın əşrəyi olduğunu nəzərə almaq.
7.Fədakarlıq – fədakar olmaq, işdən qorxmamaq, titanik fəaliyyətə hazır olmaq, həyati təhlükədən qorxmamaq.
8. Prinsipiallıq – şəxsi qənaətlərini, milli maraqları, nöqteyi-nəzərlərini müdafiə etmək, qorumaq bacarığı.
9. Natiqlik – səlist, lakonik, anlaşılan, auditoriyanı nəzərə alan, milli dilin zəngin lüğət tərkibindən qaynaqlanan nitqə malik olmaq.
10. Vətənpərvərlik – vətəni hər şeydən, hətta şəxsi həyatdan üstün tutmaq bacarığı.
11. Təşkilatçılıq – spesifik prinsip, qanun, qanunauyğunluq, normativ aktlar və sairə əsasında idarəetməni təmin etmək, təşkil etmək qabiliyyəti.
12. Sadəlik – milyonların sevgisini, məhəbbətini,etimadını qazanmaq üçün lazım olan xüsusiyyətlərdən biri.
Nəzərə almaq lazımdır ki, təbiət təşkil prosesində mümkün variantlardan ən sadə olanı seçir.
Liderliyin görünməyən tərəfləri də vardır:
1. Zamanın nəbzini tutmaq bacarığı. Cərəyan edən hal, proses, əlamət, hadisə, dəyişiklik və sairəyə operativ qərar qəbul etmə prosesi.
Zamanın çağırışlarına adekvat cavab vermək iqtidarı.
2. Gələcəyi proqnozlaşdırmaq qabiliyyəti, keçmişi nəzərə almaq, müasir dövrə əsaslanmaq, obyektiv və subyektiv olanın inkişafını təxayül vasitəsi ilə təxmin etmək şəxsiyyətə pərəstiş və onun təzahür formaları.
Şəxsiyyətə pərəstiş lider xəstəliyidir. Əsasən lider və onun ətrafı, tərəfdaşları, qismən də xalq tərəfindən reallaşdırılır. Şəxsiyyətə pərəstişin əlamətləri. Özü haqqında olduğundan çox yüksək fikir, imic formalaşdırır. Liderliyinin mütləqliyinə və sonsuzluğuna inanır, həmçinin inandırmağa çalışır. Qərar qəbul etmə əsasən imperativ yolla aparılır. Müzakirə və mükaliməyə açıq deyil. Müxalif fəaliyyət və qadağan edilir, ya da təqibə, zorakılığa məruz qalır.
Şəxsiyyətə pərəstişə misal olaraq Çan Kay-şi rejimini göstərmək olar. Onun “rəhbərliyi” altında 1927-1949-cu illər Çində, 1949-1975-ci illərdə ayvanda avtoritar, millətçi, soğçı siyasi rejim fəaliyyətdə olmuşdur. Çna Kay-şi təkpartiyalı sistem yaratmış, hərbiçilik və antikommunist hərəkatına başçılıq etmiş, Mao-Tzedonun rəhbərliyi altında kommunistlərə qarşı vətəndaş müharibəsi aparmışdır. 1949-cu ildə məğlub olaraq hökuməti ilə birgə Tayvana çəkilmişdir. Burada da hərbi rejim yaratmış, müxalifətin fəaliyyətini qadağan etmişdir. Çan Kay-şi rejimi ABŞ-ın dəstəyi ilə 1975-ci ilə onun vəfatına qədər davam etmişdir. Hətta separatçı Tayvan hökumətinin Çan Kay-şiyə münasibəti birmənalı olmamışdır.
2007-ci ildə onun dəfn edildiyi mavzoley bağlanmışdır. Nə qədər də qəribə olsa qeyd etməliyik ki, 1971-ci ilə qədər BMT-da Çini Çan Kay-şi nümayəndəsi təmsil etmişdir.
Şəxsiyyətə pərəstişə digər misal. Səddam Hüseyn rejimi İraqda 1979-2003-cü illər ərzində hakimiyyətdə olmuşdur. Onun avtoritar rejimi ölkədəki milli azlıqlar, kürdlər və şiə mənşəli xalqlara qarşı repressiya aparmış, Ducayil və Hələbcə qırğınlarını törətmişdir. İran islam inqilabından dərhal sonra 1980-1988-ci illər İran islam resrublikasına qarşı 8 illik təcavüzkar müharibə aparmış, 1990-cı ildə isə Küveyti işğal etmişdir. Necə deyərlər su su səhəngi suda sınar. 2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqa hərbi müdaxiləsi ilə bu rejim devrilmişdir. İnsanlıq əlehinə cinayətlərə görə Səddam Hüseyn edam edilmişdir.
Şəxsiyyətə pərəstişin ən böyük nümayəndələrindən biri Sovetlər İttifaqına 30 il rəhbərlik etmiş İosif Vissarionoviç Stalindir. 1920-1930, 1937-1938, 1947-1953-cü illərdə Azərbaycanda repressiya aparmışdır. Azərbaycanın bolşevik işğalından dərhal sonra Azərbaycan Xalq Cümuriyyətin dövlət və hökumət xadimləri təqiblərə məruz qalmış, güləllənmiş, xaricə mühacirət etmək məcburiyyətində qalmışdır. Azərbaycanın rayon və kəndlərində əhalinin varlı təbəqəsi qolçomaq, qulaq adı ilə əmlakları müsadirə olunmaqla sürgünə məruz qalmış, QULAQ düşərgələrinə göndərilmişdir. Ən böyük repressiya 1937-1938-ci illərdə “böyük təmizləmə” adı altında aparılmışdır. Şairlər, yazıçılar, alimlər, siyasi xadimlər, partiya fəalları, din xadimləri, hərbçi qulluqçular, həkim, mühəndis, həmçinin universitet rektorları, professorlar olmaqla Azərbaycan ictimaiyyətinin ən dəyərli simaları pantyrkist, panislamist, əks inqilabçı, antisovet təbliğatçısı damğası vurularaq NKVD “Troyka”sının 15 dəqiqəlik sorğu-sualından sonra güllələnməyə, Sibirə sürgün cəzası ilə cəzalandırılmışdır. Ümumi repressiya qurbanlarının sayı 70 mindən artıq olmuşdur. Bunların arasında Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Bəkir Çobanzadə, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Azərnəşrin direktoru Əhməd Triniç, Azərbaycan Dövlət Universitetinin rektoru Balabəy Həsənbəyov, etnoloq-professor A.S.Bukşpan var idi.
28 aprel 2020-ci il işğalından sonra Azərbaycanda ilk hökumətinin tərkibinə daxil olmuş Ruhulla Axndov, ƏLiheydər Qarayev, Mirzə Davud Hüseynov, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, dadaş Bünyadzadə xalqa xəyanətdə, əks inqilabi fəaliyyətdə təqsirləndirilib güllələnmişlər.
1948-1953-cü illər Ermənistan SSR-də öz tarixi-etnik torpaqlarında yaşayan azərbaycanlıları  Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin qərarına əsasən həyata keçirilir. 59 mindən artıq azərbaycanlı, 13 mindən artıq təsərrüfat məcburi şəkildə deportasiya edilmişdir.
II Dünya müharibəsi vaxtı, 23 fevral 1944 – 9 mart 1944-cü il tarixdə Stalinin əmri ilə çeçen-inquş muxtar sovet sosialist respublikası ərazisindən çeçenlərin kütləvi deportasiyası həyata keçirilir. Bu sovet tarixinin faciəvi səhifələrindən ən dəhşətlisi idi. 478 mindən artıq çeçen və inquş zorla, məcburi şəkildə 100 min NKVD əməkdaşının və Lavrenti Beriyanın iştirakı ilə Qazaxıstan və Qırğızıstan ərazisinə sürgün edilmiş, soyuq, aclıq, mənzil şəraiti olmaması üzündən 123 min nəfər yolda, həmçinin sürgün yerində vəfat etmişdi.
Çeçen xalqı 23 fevralı milli matəm günü kimi qeyd edir.
Stalinin əmri, Beriyanın rəhbərliyi ilə, 100 min NKVD əməkdaşının iştirakı ilə daha bir deportasiya – məcburi zorla köçürmə 14 noyabr 1944-cü il – 26 noyabr 1944-cü il tarixdə Gürcüstan SSR-in Mesxetiya bölgəsində Türkiyə ilə sərhəd təhlükəsizliyinin təmin edilməsi adı altında, əslində isə bölgənin türk-müsəlman əhalisindən təmizləmək məqsədi ilə 212 kənddən həyata keçirilmişdir. Axısqa türkləri 95 mindən artıq olmaqla mal-qara üçün nəzərdə tutulan vaqonlara mindirilərək Qazaxıstan, Özbəkistan, Qırcızıstan ərazisinə sürgün olunmuşdur. Ümumi adaptasiya, ağır sürgün şəraiti ucbatından 12.500 nəfər vəfat etmişdir. 1989-cu il Fərqanə hadisələri vaxtı, yerli əhali ilə qanlı toqquşma, ixtişaşlar səbəbindən Axısqa türkləri ikinci dəfə deportasiyaya məruz qalmış, 70 min Axısqa türkü Azərbaycanın Saatlı, Sabirabad, Xaçmaz rayonlarına yerləşdirildi.
Şəxsiyyətə pərəstişin digər simptomları da vardır. Bunlar adətən mühafizəkardır, islahatları, yeniliyi qəbul etmirlər. Beləliklə, inkişaf üçün bir buxova çevrilirlər. Şəxsiyyətə pərəstişə yoluxucu liderlərin demək olar ki, hamısı inzibati amirlik metodunu əsas götürürlər. Şəxsiyyətə pərəstişli liderlər indi də mövcuddur.

Şəxsiyyətə pərəstişin profilaktikası
Lideri şəxsi xüsusiyyətlərin nəzərə alaraq xalq formalaşdırır, seçir. Lider öz gücünü xalqdan almalıdır, xalqın içində olmalı, onun qayğılarını öz qayğısı kimi dəyərləndirib yaşamalıdır. Şəxsiyyətə pərəstişin profilaktikası üçün digər xüsusiyyət – sadəlikdir. Lider sadə olmalıdır. Bunu biz Ulu Öndər Heydər Əliyevin timsalında görürük. Bir dəfə Ulu rəhbər qaçqınlarla görüşdə çay süfrəsində çayı nə ilə içərlər? Əlbəttə ki, kəllə qəndlə deyə öz sualına özü cavab vermişdi.
Böyük mesenat-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev yaşayış evində iç qapının bərabərində fəhlə olduğu vaxt geydiyi kürkü asmışdı ki, onu hər gün otağa girərkən görsün.

03 noyabr 2026-cı il


 

Reytinq: