Bir neçə SAAT QALDI – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB24-04-2018, 11:24
Çap et Ermənistan KİV-i xəbər verir ki, bu haqda Nikol Paşinyanın özü bildirib. Onun sözlərinə görə, Karapetyanla danışıqlar yerli vaxtla saat 11:00-da "Armeniya-Mariott” mehmanxanasında başlayacaq. Parlamentin deputatı dünənki mitinqdə elan edib ki, siyasi dialoqun təklif edilmiş gündəliyi qüvvədə qalır. "Bizim çağırışımızda bir deyil, bir neçə məsələ var”, - Paşinyan deyib. "İkinci addım (birinci addım Serj Sarkisyanın baş nazir vəzifəsindən istefası idi və bu tələb dünən yerinə yetirilib –red.): parlament baş naziri təyin edir və bu, növbəti həftə ərzində olmalıdır. Sonra müvəqqəti hökumət formalaşdırılır. Sonra isə ən qısa məntiqi müddətdə növbədənkənar parlament seçkiləri keçirilməlidir”, – Paşinyan vurğulayıb. Nikol Paşinyan həmçinin söyləyib ki, Ermənistanda nifrət atmosferi bağlanıb. "Ermənistanda azadlıq, qardaşlıq, qanunilik və milli birlik atmosferi yaradılacaq”, – deputat vurğulayıb. Əlavə edək ki, Karapetyan Kremlin adamı olaraq tanınır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
