Demo Sayt » dunya » Ermənilərin hərbi maşını partlayıb, 6 nəfər həlak olub


Ermənilərin hərbi maşını partlayıb, 6 nəfər həlak olub

11-09-2015, 12:52
Çap et
Ermənilərin hərbi maşını partlayıb, 6 nəfər həlak olub Dağlıq Qarabağda ermənilərin hərbi maşınları minaya düşərək partlayıb.
Partlayış nəticəsində sürücü və düşmənin 5 hərbçisi həlak olub. Hadisənin Ermənistan-Azərbaycan sərhəddində, cəbhəyanı ərazidə baş verdiyi bildirilir.
Qeyd edək ki, hadisə 9 sentyabrda baş versə də, Ermənistan hakimiyyəti bu faktı ictimaiyyətdən gizlətməyə çalışıb. Amma jurnalistlərin yaydığı məlumatdan sonra qondarma “Dağlıq Qarabağ” rejimi faktı dana bilməyib.
Reytinq: