Günəş batareyaları ilə işləyən təyyarə Atlantik okeanını fəth etdi23-06-2016, 13:58
Çap et Müvafiq məlumat "Twitter" şəbəkəsində yerləşdirilib. Məlumatda deyilir ki, təyyarə Atlantik okeanının üzərindən ilk uçuşunu 70 saat ərzində başa vurub. Sınaqdan keçən və günəş enerjisi ilə işləyən "Solar Impulse-2" öz uçuşuna iyunun 20-si Nyu-Yorkdan başlayıb. Təyyarəni isveçrəli pilot Bertran Pikap idarə edib. "Solar Impulse-2" İsveçrədə istehsal olunub. Təyyarə qanadlarının uzunluğu 72 metr, çəkisi isə 2,3 ton təşkil edir. Hava gəmisində 17 min günəş akkumulyator batareyası quraşdırılıb, onların əsasında 4 elektrik mühərriki çalışır. Təyyarənin kreyser sürəti saatda 140 km təşkil edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
