Demo Sayt » hadise » Bakının mərkəzindəki dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT


Bakının mərkəzindəki dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

31-03-2017, 12:21
Çap et
Bakının mərkəzindəki dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT Daxili İşlər Nazirliyi Yasamal rayonunun C.Cabbarlı küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidməti xəbər verir ki, martın 31-də saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli “Mercedes” markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus “Mercedes” markalı avtomobilə vurub. Nəticədə idarəetməni itirən S.Binnətlinin avtomobili yolu keçən paytaxt sakini Elçin Əliyevə dəyib və sonra ağaca çırpılıb. E.Əliyev və S.Binnətli hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Reytinq: