Demo saytı » hadise » Yol qəzaları daha iki can aldı


Yol qəzaları daha iki can aldı

23-11-2015, 15:44
Çap et
Yol qəzaları daha iki can aldı Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Zaqatala rayonunun Danaçı kəndində rayon sakini İlham Qaralov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə onun sərnişinləri, həmkəndliləri Pirdaz Meselova və Rəsmiyə Qaralova müxtəlif bədən xəsarətləri alıblar. Sərnişinlər xəstəxanaya yerləşdirilsələr də, R.Qaralova həyatını itirib.
Digər yol-nəqliyyat hadisəsi isə Nərimanov rayonunda qeydə alınıb. Rayonun Atatürk prospektində Salyan rayon sakini Nurəddin Süleymanov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Bərdə rayon sakini Həmayıl Nəbiyevanı vurub. Piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Reytinq: