Demo Sayt » hadise » "Son zəng" günü faciə - Məzunlar qəzaya düşdü


"Son zəng" günü faciə - Məzunlar qəzaya düşdü

14-06-2017, 16:52
Çap et
"Son zəng" günü faciə - Məzunlar qəzaya düşdü Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var. Hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb.
Şahidlərinin sözlərinə görə, qəza nəticəsində minik maşınlarında olan sürücü və sərnişinlər XI sinif məzunlarıdır. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Reytinq: