Demo Sayt » hadise » Sabunçuda mağazalar və gözəllik salonu yanıb


Sabunçuda mağazalar və gözəllik salonu yanıb

7-08-2017, 11:05
Çap et
Sabunçuda mağazalar və gözəllik salonu yanıb Bakı şəhəri, Sabunçu rayonunda sabunçu bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Reytinq: