Demo Sayt » hadise » Kartofun içindən narkotik çıxdı - BAKIDA


Kartofun içindən narkotik çıxdı - BAKIDA

12-08-2015, 12:43
Çap et
Kartofun içindən narkotik çıxdı - BAKIDA Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları təcridxanaya narkotik maddə keçirilməsinin qarşısını alıb.
Lent.az xidmətin saytına istinadən xəbər verir ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Emin Əsəd oğlu Əliyevin yanına sovqat gətirmiş Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman bir ədəd kartofun içərisinə kustar üsulla yerləşdirilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 1,27 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Reytinq: