Demo saytı » hadise » Bulvarda qadın meyiti tapılıb


Bulvarda qadın meyiti tapılıb

31-12-2018, 14:08
Çap et
Bulvarda qadın meyiti tapılıb Dünən Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, D.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının birgə əməliyyatı nəticəsində tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.
Reytinq: