Dələduzluq yolu ilə qızıl və avtomobil əldə edən Bakı və Abşeron sakinləri saxlanılıb16-01-2019, 11:13
Çap et DİN-dən verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulmuş F.Abdullayevanın ətrafında Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabr ayında Maştağa qəsəbə sakini bir qadını aldadıb 300 manatını və 800 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da F.Bayramlının 8000 manatını və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq İsrafilov saxlanılıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də paytaxt sakinləri olan 2 nəfərin hər birindən dələduzluq yolu ilə 2500 manat almaqda şübhəli bilinən Abşeron rayon sakini Əhməd Əhmədov saxlanılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
