Demo Sayt » hadise » Mingəçevirdə polis bölməsində müəmmalı ölüm


Mingəçevirdə polis bölməsində müəmmalı ölüm

21-08-2015, 11:56
Çap et
Mingəçevirdə polis bölməsində müəmmalı ölüm Mingəçevirdə polis bölməsində müəmmalı ölüm hadisəsi baş verib.
Milli.Az anspress-ə istinadən istinadən xəbər verir ki, Mingəçevir şəhər polis idarəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri gəlib.
Bəhruz Hacıyev atası Dilsuz Hacıyevin verdiyi məlumata görə, onun oğlu polis idarəsinə dindirilmək məqsədi ilə aparılıb.
Amma polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar.
D.Hacıyevin sözlərinə görə, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.
"Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir", - deyə D.Hacıyev bildirib.
B.Hacıyevin meyiti xəstəxananın morquna yerləşdirilib.
Reytinq: