Demo Sayt » hadise » Azərbaycanda yanğın olub - ÖLƏN VAR


Azərbaycanda yanğın olub - ÖLƏN VAR

2-04-2019, 12:29
Çap et
Azərbaycanda yanğın olub - ÖLƏN VAR Samux rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 33 m² sahədə yanıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Reytinq: