Bakıda 2 bacını bıçaqlayan şəxsin işi prokurorluğa göndərildi5-09-2019, 17:09
Çap et Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı 2 maddə üzrə cinayət işi başlanıb.Sentyabrın 4-də fakta əsasən, Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlansa da, sonradan həmin maddə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci iki nəfəri qəsdən öldürməyə cəhd) maddələrinə tövsif edilib. Cinayət işi istintaq edilməsi üçün Binəqədi Rayon Prokurorluğuna göndərilib. Xatırladaq ki, sentyabrın 3-də Binəqədi rayonunda, Binəqədi şosesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına on dörd, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. R.Mahmudova xəstəxanada dünyasını dəyişib. Hazırda hadisəni törədən şəxsin yerinin müəyyən edilərək tutulması barədə əməliyyat-axtarış tədbirləri görülür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı 2 maddə üzrə cinayət işi başlanıb.