Külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb22-12-2025, 11:15
Çap et Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Belə ki, "Mazımqara" gömrük postunda Türkiyə Respublikasından Azərbaycana "günəbaxan yağı" yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
