Demo Sayt » hadise » Paytaxtda "KİA" piyadanı vurdu


Paytaxtda "KİA" piyadanı vurdu

20-11-2015, 10:39
Çap et
Paytaxtda "KİA" piyadanı vurdu Xətai rayonunda yol qəzası baş verib.
Fəhlə prospektində "KİA" markalı avtomobil yolu keçmək istəyən piyada Tofiq Məhərrəmovu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Həkim Ramella Məmmədovanın verdiyi məlumata görə, xəstə müayinələrdən keçib. On qapalı kəllə beyin travması, baş-beynin sirkələnməsi, başın təpə nahiyəsinin əzilmiş yarası və qarnın küt travması diaqnozu qoyulub. Reanimasiya şöbəsiтdə olan xəstənin vəziyyəti stabildir.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.
Araşdırmalar davam edir.
Reytinq: