Rüşvət alan vəzifəli şəxsə qarşı cinayət işi açıldı23-12-2015, 14:06
Çap et Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Lumanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kənd ərazisində məskunlaşmış məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına fərdi ev tikilməsi üçün kənd sakinindən 4 min manat məbləğində pulu rüşvət kimi tələb etməsində şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
