Demo Sayt » hadise » Tovuzda yol qəzası: ölən var


Tovuzda yol qəzası: ölən var

29-02-2016, 10:02
Çap et
Tovuzda yol qəzası: ölən var Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Tovuz çayı üzərində olan körpünün yaxınlığında qeydə alınıb. Naməlum avtomobil hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadını vurub və hadisə yerindən uzaqlaşıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Onun meyiti Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Reytinq: