Paytaxtda iki "Shackman" toqquşdu, xəsarət alanlar var20-04-2016, 09:27
Çap et İkinci yük maşınının kabinəsinə sıxılmış vəziyyətdə qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıb. Eyni zamanda hadisə yerinə iki təcili yardım və Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücü kabinəsində sıxılmış vəziyyətdə qalan Bəhruz adlı şəxs xüsusi alət və avadanlıqların köməyi ilə xilasedicilər tərəfindən çıxarılıb təcili yardım briqadasına təhvil verilib. Təcili yardımda ilkin tibbi yardım alan sürücü Amil Əsədovun sözlərinə görə, idarə etdiyi "Shackman" yüklü olub. Təkərlərdən biri partladığından əyləci nə qədər bassa da toqquşmadan qaça bilməyib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin olunub. Qəzanın əsl səbəbi də yalnız ekspertizanın rəyindən sonra məlum olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
