Abuzər Cəfərova 5 il həbs cəzası verildi23-06-2016, 16:03
Çap et Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, A.Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Abuzər Cəfərov məhkəmədəki ifadəsində heç kimə qarşı dələduzluq etmədiyini bildirib. Qeyd edək ki, jurnalist Abuzər Cəfərov ötən il Şamaxıda tutulub. Onun barəsində 7-8 nəfər şikayət edib. Abuzər Cəfərov həmin şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib. A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib. O bundan qabaq da məhbusluq həyatı yaşayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.