Qayınanasını döyüb, qaynını bıçaqlayan şəxsə 8 illik həbs cəzası verilib9-12-2016, 12:54
Çap et Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Əhədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Bakı şəhər sakini Rəfiqə Həsənovanı döyüb və oğlu Vitalikə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Rövşən Əhədov saxlanılıb. R. Əhədov həmin tarixdə övladlarını görmək üçün qayınanasının evinə gəlib. Lakin qayınanası onu evə buraxmayıb, onların arasında mübahisə yaranıb. R. Əhədov R.Həsənovaya yüngül bədən xəsarətləri yetirib, onun oğlunu isə bıçaqlayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
