Demo Sayt » hadise » 14 yaşlı qızını öldürən ana məhkəmədə ifadə verib


14 yaşlı qızını öldürən ana məhkəmədə ifadə verib

12-01-2017, 16:37
Çap et
14 yaşlı qızını öldürən ana məhkəmədə ifadə verib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Z. Cəfərova ittiham aktına münasibət bildirərək, özünü təqsirli bildiyini deyib. O, hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyib. O qeyd edib ki, qızının zorlandığını bildiyinə görə, belə bir hadisə törədib.
Sonra Z. Cəfərovanın həyat yoldaşı Anar Cəfərov ifadə verib. O bildirib ki, hadisə baş verən vaxt o həbsdə olub: "Mənim çıxmağıma bir ay qalmışdı. Züleyxa yanıma gələndə çox pis idi. Ancaq bunun səbəbini mənə demədi. Sonradan eşitdim ki, evdə faciə baş verib".
Şahid qismində ifadə verən Şəhriyar Cəfərov deyib ki, bacısı Z. Cəfərova bir gün onu evlərinə çağırıb: "Mənə dedi ki, Fuad Heydərov adlı şəxs qızı ilə münasibətdə olub. Sonradan biz Fuadın ailəsi ilə danışdıq, onların evlənməsi barədə razılığa gəldik. Ancaq sonradan bacımın qızını öldürdüyünü eşitdim".
Prosesdə Fuad Heydərovun anası Pərvanə Heydərova ifadə verib. O deyib ki, oğlunun qətlə yetirilən Ehsanə Cəfərova ilə heç bir münasibəti olmayıb: "Qızla Fuadın heç bir əlaqəsi olmayıb. Sadəcə, qzın ailəsi bizim ayağımıza düşüb yalvardılar ki, qızı alın. Biz də qızı qəbul etdik".
Prosesdə Fuad Heydərov da ifadə verib. O, E. Cəfərova ilə münasibətdə olmadığını qeyd edib: "Züleyxa anama deyib ki, yoldaşı həbsdən çıxsa, qızının başıma gətirilən hadisəyə görə bizi öldürər. Ona görə, Ehsanəni gəlin kimi qəbul etməlisiniz. Biz də qohum olduğumuz üçün mən də Ehsanəni almaq haqqında qərar verdim".
F. Heydərovun məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqdakı ifadəsinin ziddiyyət təşkil etdiyi bildirilib. Buna görə ifadə elan olunub. İfadəyə əsasən, F. Heydərov və E. Cəfərova arasında cinsi münasibətdə olduğunu etiraf edib.
Sonradan F. Heydərov bibisi qızı E. Cəfərova ilə münasibətdə olduğunu məhkəməyə etiraf edib.
Məhkəmədə qohumlar arasında mübahisə düşüb.
Qeyd edək ki, ötən il avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.
Reytinq: