Demo Sayt » idman » DÇ-2018: Danimarka mundiala darmadağınla gedir


DÇ-2018: Danimarka mundiala darmadağınla gedir

15-11-2017, 13:38
Çap et
DÇ-2018: Danimarka mundiala darmadağınla gedir DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu pley-off oyunu keçirilib. Köhnə qitədən mundiala yollanan sonuncu komandanın bəlli olduğu oyunda Danimarka ilə İrlandiya üz-üzə gəlib.
Danimarkada keçirilmiş ilk qarşılaşmadan tərəflər qolsuz bərabərliklə ayrılmışdılar. İkinci oyun isə gözlənilməz nəticə ilə başa çatıb.
Hesabı meydan sahibləri açsa da, sonradan toparlanan qonaqlar 5 qol vuraraq mundiala vəsiqəni darmadağınla qazanıblar.

DÇ-2018, pley-off oyunları
Avropa zonası, cavab qarşılaşması
14 noyabr

İrlandiya – Danimarka - 1:5
Qollar: Daffi, 6 - Kristensen, 29, Eriksen, 32, 63, 74, Bentner, 90 (pen.)
İlk oyun – 0:0
Reytinq: